Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi Azərbaycanın özəl sektoruna maliyyə yardımı göstərməyə hazırdır.
“Report” xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq bildirib.
Səfir koronavirus pandemiyasının daha çox özəl sektorda fəsadlar törətdiyini bildirib: "Bunu nəzərə alaraq, Nazirlik tərəfindən “Cavab fondu” adı ilə kiçik özəl sahibkarlığa dəstək proqramı tətbiq edilib. Bu fondun yardımlarından həm Almaniya, həm də Azərbaycan sahibkarları bəhrələnə bilərlər”.
Proqram barədə daha ətraflı şəkildə Almaniya-Azərbaycan Ticarət Palatasının “Facebook” səhifəsindən məlumat almaq olar.
Diplomat iki ölkə arasında möhkəm siyasi, iqtisadi, mədəni əlaqələrin bərqərar olduğunu da dilə gətirib: “Mən