Yuxarı

Vladimir Putin: "Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumda müzakirə olunan mövzular əhəmiyyətlidir"

Vladimir Putin: "Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumda müzakirə olunan mövzular əhəmiyyətlidir"

© Report — Rusiya Federasiyasının Prezidenti Vladimir Putin

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Forum iştirakçılarına ünvanladığı məktubu oxunub.

"Report" xəbər verir ki, məktubu Rusiya Federasiyası Hökumətinin sədri müavini Olqa Qolodets səsləndirib.

Məktubda deyilir: "VI Bakı Humanitar Forumunun qonaqları Forumun açılışı münasibətilə sizləri salamlayıram. Artıq VI dəfədir ki, Bakı bu foruma ev sahibliyi edir.

Burada müzakirə olunan mövzular əhəmiyyətlidir. Burada müxtəlif aktual məsələlərin müzakirəsi, təhsil, informasiya təhlükəsizliyi və digər məsələlər müzakirə olunacaq. Forumun iştirakçılarına ən xoş arzularımı çatdırmaq istəyirəm".

Hazırda Forum işini davam etdirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi