Vladimir Putin Azərbaycan Prezidentini Yeni il münasibətilə təbrik edib

Vladimir Putin Azərbaycan Prezidentini Yeni il münasibətilə təbrik edib "İkitərəfli əlaqələrin inkişafı Cənubi Qafqaz və onun hüdudlarından kənarda təhlükəsizliyin və stabilliyin möhkəmlənməsinə xidmət edir"
Xarici siyasət
30 Dekabr , 2017 13:25
Vladimir Putin Azərbaycan Prezidentini Yeni il münasibətilə təbrik edib

Bakı. 30 dekabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Yeni il münasibətilə təbrik edib.

“Report” Kremlin saytına istinadən xəbər verir ki, V.Putin məktubunda Rusiya və Azərbaycan arasında diplomatik əlaqələrinin qurulmasının 25 illiyinin tamam olmasını vurğulayaraq bu yubileyin müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişaf etməsi ilə əlamətdar olduğunu qeyd edib.

V.Putin iki ölkənin xalqlarının maraqlarına cavab verən konstruktiv dialoq və Rusiya-Azərbaycan tərəfdaşlıq əlaqələrinin gələcək inkişafına ümid etdiyini söyləyib. Rusiya prezidenti qeyd edib ki, ikitərəfli əlaqələrin inkişafı Cənubi Qafqaz və onun hüdudlarından kənarda təhlükəsizliyin və stabilliyin möhkəmlənməsinə xidmət edir. 

Son xəbərlər

Orphus sistemi