Vladimir Putin Azərbaycan Prezidentini təbrik edib

Vladimir Putin Azərbaycan Prezidentini təbrik edib "Ümidvaram ki, Rusiya və Azərbaycan xalqlarının rifahı naminə konstruktiv dialoqumuz və səmərəli birgə işimiz davam edəcək"
Xarici siyasət
23 Dekabr , 2014 13:40
Vladimir Putin Azərbaycan Prezidentini təbrik edib

Bakı. 23 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib. “Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar və nailiyyətlər arzu edirəm.

Bizim aramızda yaranmış, etimada əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndirirəm. Ümidvaram ki, Rusiya və Azərbaycan xalqlarının rifahı naminə konstruktiv dialoqumuz və səmərəli birgə işimiz davam edəcək.

Sizə və ailənizə hörmətimi və ən xoş arzularımı bildirirəm”.

Son xəbərlər

Orphus sistemi