Vitali Kliçkonun Azərbaycana səfərinin tarixi məlum olub

Vitali Kliçkonun Azərbaycana səfərinin tarixi məlum olub Kiyev meri: "İnfrastrukturun inkişaf etdirilməsi sahəsində yaxşı təcrübəyə malik Azərbaycan biznesinin investisiyalarında maraqlıyıq"
Xarici siyasət
12 Aprel , 2017 17:14
Vitali Kliçkonun Azərbaycana səfərinin tarixi məlum olub

Kiyev. 12 aprel. REPORT.AZ/ Ukrayna paytaxtı Kiyevin meri Vitali Kliçko Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbovun dəvəti ilə aprelin 13-14-də Azərbaycana səfər edəcək.

Bu barədə "Report"a Kiyev merinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan paytaxtında V.Kliçko Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov, siyasi dairələrin və biznes nümayəndələri ilə görüş keçirəcək. O, həmçinin Fəxri xiyabanı, Dövlət Bayrağı Meydanını ziyarət edəcək.

Kiyev meri Bakıda inşa olunmuş infrastruktur obyektlərinə, dənizkənarı bulvar kompleksinə, idman arenalarına və müasir Bakı üçün əhəmiyyətli olan digər obyektlərə baxış keçirəcək.

"Ölkələrimiz arasındakı tərəfdaşlıq əlaqələrini yüksək dəyərləndiririk və onu daha da inkişaf etdirməyə çalışırıq. Üstəlik, Kiyev və Bakı təqribən 20 ildir qardaşlaşmış şəhərlərdir. Bu gün Bakının infrastrukturunun inkişafı üzrə təcrübəsi bizə çox gərəklidir. Son illərdə Azərbaycan paytaxtı bu istiqamətdə əhəmiyyətli irəliləyiş əldə edib. Bu baxımdan əməkdaşlıqda və infrastrukturun inkişaf etdirilməsi sahəsində yaxşı təcrübəyə malik Azərbaycan biznesinin investisiyalarında maraqlıyıq" - Vitali Kliçko Bakıya səfəri ərəfəsində bildirib.

Son xəbərlər

Orphus sistemi