​Vitali Kliçko: "Biz Azərbaycanla daha fəal əməkdaşlıqda maraqlıyıq"

​Vitali Kliçko: "Biz Azərbaycanla daha fəal əməkdaşlıqda maraqlıyıq" Kiyev meri Münhendə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarovla görüşüb
Xarici siyasət
13 Fevral , 2016 00:28
​Vitali Kliçko: Biz Azərbaycanla daha fəal əməkdaşlıqda maraqlıyıq

Bakı. 13 fevral. REPORT.AZ/ Kiyev meri Vitali Kliçko fevralın 12-də Münhendə öz işinə başlayan Beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

"Report" xəbər verir ki, bu barədə Kiyev merinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı Azərbaycan biznesinin Ukraynada, xüsusilə də Kiyevdə artırılması perspektivləri ətrafında söhbət olub.

"Biz əməli və daha fəal əməkdaşlıqda maraqlıyıq. İstəyirik ki, Azərbaycan biznesi, sərmayələri Ukraynaya gəlsin, Ukrayna biznesi də Azərbaycanda uğurla fəaliyyət göstərsin", - deyə Kiyev meri bildirib.

Son xəbərlər

Orphus sistemi