Vışeqrad qrupu "Şərq Tərəfdaşlığı"nın 10 illiyi münasibətilə bəyanat yayıb

Vışeqrad qrupu "Şərq Tərəfdaşlığı"nın 10 illiyi münasibətilə bəyanat yayıb Vışeqrad qrupu bu il mayın 6-da Slovakiyanın sədrliyi çərçivəsində qrupun xarici işlər nazirləri və Şərq Tərəfdaşlığı ölkələrinin Bratislava şəhərində keçirilmiş görüşünə dair bəyanat yayıb.
Xarici siyasət
14 May , 2019 14:43
Vışeqrad qrupu Şərq Tərəfdaşlığının 10 illiyi münasibətilə bəyanat yayıb

Vışeqrad qrupu bu il mayın 6-da Slovakiyanın sədrliyi çərçivəsində qrupun xarici işlər nazirləri və "Şərq Tərəfdaşlığı" ölkələrinin Bratislava şəhərində keçirilmiş görüşünə dair bəyanat yayıb.

XİN-dən "Report"a daxil olan bəyanatda son 10 il ərzində Şərq Tərəfdaşlığı ölkələrinin əldə etdiyi uğurlar və proqramın icrasının nəticələri, eləcə də növbəti 10 il üçün baxışlar və məqsədlər öz əksini tapıb. 

Eyni zamanda sənəddə sözügedən proqramın Avropa İttifaqının gündəliyində saxlanılmasının vacibliyi və ortaq fundamental dəyərlərə və beynəlxalq hüquq prinsiplərinə, insan hüquqlarına və demokratiyaya, qanunun aliliyinə, hesabatlılıq və yaxşı idarəçiliyə, dayanıqlı inkişaf və bazar iqtisadiyyatına əsaslanan ümumi öhdəliklərə uyğun olaraq unikal Avropa qonşuluq siyasətinin davam etdirilməsinə qarşılıqlı maraq qeyd edilib.

Bəyanatda Vışeqrad qrupuna daxil olan ölkələrin bütün tərəfdaş ölkələrin ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə birmənalı dəstək verdiyi xüsusilə vurğulanıb.

Son xəbərlər

Orphus sistemi