Venesuela XİN başçısı: "Bəzi ölkələrin başqasının ərazi bütövlüyünə qarşı siyasəti sülhə və sabitliyə zərər verir"

Venesuela XİN başçısı: "Bəzi ölkələrin başqasının ərazi bütövlüyünə qarşı siyasəti sülhə və sabitliyə zərər verir" Bakı. 5 aprel. REPORT.AZ/ Bəzi ölkələrin dünyada başqa ölkələrin ərazi bütövlüyünə qarşı yürütdüyü siyasət sülh və sabitliyə zərər verir və eqoizmlə bağlıdır.
Xarici siyasət
5 Aprel , 2018 09:44
Venesuela XİN başçısı: Bəzi ölkələrin başqasının ərazi bütövlüyünə qarşı siyasəti sülhə və sabitliyə zərər verir
Report/ Firi Salim

Bakı. 5 aprel. REPORT.AZ/ "Bəzi ölkələrin dünyada başqa ölkələrin ərazi bütövlüyünə qarşı yürütdüyü siyasət sülh və sabitliyə zərər verir və eqoizmlə bağlıdır".

"Report" xəbər verir ki, bunu Venesuelanın xarici işlər naziri Xorxe Arreasa Montserrat bu gün Bakıda keçirilən Qoşulmama Hərəkatı ölkələrinin xarici işlər nazirlərinin konfransında deyib.

O, bugünkü görüşün əsas mövzusunun bütün dünyaya xeyir verəcək davamlı inkişaf üçün beynəlxalq təhlükəsizlik və sabitliyin təşviqi olacağını qeyd edib. 

"Biz sülh və demokratiyanı təhdid edərək sabitliyi pozmağa çalışan kənar qüvvələrin qurbanıyıq. Belə təhlükə bizi yalnız birləşdirir. Bu ölkələr qanunsuz sanksiyalar qəbul edir və bu, ölkələrin iqtisadi və maliyyə cəhətdən inkişafına təsir edir", - X.A.Montserrat bildirib.

"Bu gün, XXI əsrdə biz yenə soyuq müharibənin qalıqları ilə qarşı-qarşıyayıq, dövlətlərin daxili işlərinə müdaxilə davam edir və bu Hərəkət problemlərin həllində müsbət rol oynamaq istəyir. Sosial ədalətə xidmət üçün təşkilatı inkişaf etdirmək niyyətindəyik", - XİN başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi