​Venesiya Komissiyası Azərbaycanın QHT qanunvericiliyinə etdiyi dəyişikliklə bağlı rəy qəbul edəcək

​Venesiya Komissiyası Azərbaycanın QHT qanunvericiliyinə etdiyi dəyişikliklə bağlı rəy qəbul edəcək Komissiyanın nümayəndə heyətinin Azərbaycana səfərinin vaxtı açıqlanıb
Xarici siyasət
10 Noyabr , 2014 09:33
​Venesiya Komissiyası Azərbaycanın QHT qanunvericiliyinə etdiyi dəyişikliklə bağlı rəy qəbul edəcək

Bakı. 10 noyabr. REPORT.AZ/ Avropa Şurasının Venesiya Komissiyasının (AŞ VK) nümayəndə heyəti noyabr ayının 13-14-də Azərbaycana səfər edəcək.

Bu barədə “Report”a VK-nin mətbuat xidmətindən məlumat verilib.

Səfər zamanı nümayəndə heyəti Azərbaycanın hökumət nümayəndələri və QHT təmsilçiləri ilə görüşlər keçirəcək. Səfərin məqsədi Azərbaycanın QHT qanunvericiliyinə etdiyi dəyişikliklə bağlı rəyin hazırlanmasıdır. Hazırlanacaq rəy layihəsinin dekabr ayında Komissiyanın növbəti plenar sessiyası çərçivəsində qəbul edilməsi gözlənilir.

Son xəbərlər

Orphus sistemi