Vassilis Maraqos: "Azərbaycanda layihələrin maliyyələşdirilməsi gələcəyə yatırımdır"

Vassilis Maraqos: "Azərbaycanda layihələrin maliyyələşdirilməsi gələcəyə yatırımdır" 2004-2005-ci illərdə genişlənmənin son mərhələsini başa vurduqdan sonra qərara gəldik ki, ortaq regionumuzun sabitliyi və inkişafı naminə şərq tərəfdaşlarımızın təhlükəsizliyinə daha çox investisiya qoyaq.
Xarici siyasət
11 Oktyabr , 2019 12:57
Vassilis Maraqos: Azərbaycanda layihələrin maliyyələşdirilməsi gələcəyə yatırımdır
Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun bölmə rəhbəri -Vassilis Maraqos / Report/Elchin Murad

"2004-2005-ci illərdə genişlənmənin son mərhələsini başa vurduqdan sonra qərara gəldik ki, ortaq regionumuzun sabitliyi və inkişafı naminə şərq tərəfdaşlarımızın təhlükəsizliyinə daha çox investisiya qoyaq".

"Report" xəbər verir ki, bunu Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun bölmə rəhbəri Vassilis Maraqos Bakıda keçirilən "Şərq Tərəfdaşlığı" proqramının gələcəyinə dair struktur məsləhətləşmələrdə deyib.

O həmçinin Avropa İttifaqının "Şərq Tərəfdaşlığı"nın beş ölkəsində - Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və Belarusda dəmir yolu şəbəkəsinin inkişafı və genişlənməsi üçün təxminən, 2 milyard avro vəsait ayırmağı planlaşdırırdığını və bunun bu cür planların Trans-Avropa Nəqliyyat Şəbəkəsinin (TEN-T) şərqə doğru genişləndirilməsinin bir hissəsi olduğunu vurğulayıb.

"Azərbaycandakı proqram və layihələrin maliyyələşdirilməsini gələcəyə yatırım hesab edirik. Ümumilikdə, çox şey əldə etmişik. Unutmamalıyıq ki, bu proses birgə səylərlə həyata keçirilir. Aİ Azərbaycanda özəl sektorda 3000-dən çox iş yerinin açılmasına nail olub. Aİ Azərbaycanın ən böyük ticarət və investisiya tərəfdaşıdır. Bunlar ümumi iqtisadi maraqlarımızdır", - deyə o qeyd edib.

V.Maraqos bildirib ki, "Şərq Tərəfdaşlığı" proqramına üzv olan hər bir ölkə ilə ikitərəfli sazişlər imzalanıb. Azərbaycanla viza rejiminin liberallaşdırılması məsələsində irəliləyiş əldə edilib: "Azərbaycanla həmçinin tərəfdaşlıq prioritetləri barədə razılaşdıq. İndi isə əməkdaşlığımızın formatını müəyyən edəcək Tərəfdaşlıq Sazişi sənədini hazırlayırıq".

Son xəbərlər

Orphus sistemi