Valeh Ələsgərov: Rusiya ilə Azərbaycan deputatlarının əməkdaşlığı yüksək sürətlə davam edir

Valeh Ələsgərov: Rusiya ilə Azərbaycan deputatlarının əməkdaşlığı yüksək sürətlə davam edir "Biz Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın bütün sahələrdə yüksək sürətlə və müvəffəqiyyətlə inkişaf etdiyini xüsusi vurğuladıq”
Xarici siyasət
26 May , 2015 21:46
Valeh Ələsgərov: Rusiya ilə Azərbaycan deputatlarının əməkdaşlığı yüksək sürətlə davam edir

Bakı. 26 May. REPORT.AZ/ Moskvada Rusiya-Azərbaycan parlamentlərarası komissiyasının 13-cü iclası keçirilib.

"Report"un AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Milli Məclisi sədrinin müavini Valeh ƏIəsgərov bildirib ki, iki ölkənin parlamentlərinin üzvləri gələn il üçün proqram müəyyən ediblər və hələ iclasa qədər müzakirə üçün razılaşdırılmış problemləri nəzərdən keçiriblər. 

V.Ələsgərov deyib: “Biz iclasda miqrasiya, elmi-texniki əməkdaşlıq, informasiya mübadiləsi, habelə investisiyaların təşviqi və müdafiəsi məsələlərini və bir çox digər məsələləri müzakirə etdik. Biz Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın bütün sahələrdə, ən başlıcası bərabər tərəfdaşlıq, qarşılıqlı hörmət şəraitində və razılaşdırdığımız bütün qaydalara riayət etməklə yüksək sürətlə və müvəffəqiyyətlə inkişaf etdiyini xüsusi vurğuladıq”.

Elə həmin gün RF Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşü olduğunu qeyd edən V.Ələsgərov deyib: “Biz komissiyamızın iclası, fəaliyyət planları və fəaliyyətimizin perspektivləri barədə məlumat verdik. Bir sıra məsələlərdə dəstək aldıq. Əminəm ki, komissiyamızın qarşısına qoyulan məsələlər həll ediləcək və biz Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına töhfəmizi verəcəyik”.

Son xəbərlər

Orphus sistemi