​USAID-in Azərbaycan üzrə yeni missiya direktoru vəzifəsinin icrasına başlayıb

​USAID-in Azərbaycan üzrə yeni missiya direktoru vəzifəsinin icrasına başlayıb Mikaela Meredis Yaxın Şərq, Afrika və Şərqi Avropada müxtəlif vəzifələrdə işləyib
Xarici siyasət
11 Sentyabr , 2015 15:21
​USAID-in Azərbaycan üzrə yeni missiya direktoru vəzifəsinin icrasına başlayıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Mikaela Meredis ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının yeni direktoru qismində vəzifəsinin icrasına başlayıb. 

ABŞ-ın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, bu vəzifəyə təyin olunmazdan əvvəl M.Meredis təşkilatın Vaşinqtondakı baş ofisində üç aparıcı vəzifədə çalışıb. O, USAID-də çalışdığı 25 il ərzində Yaxın Şərq, Afrika və Şərqi Avropada müxtəlif vəzifələrdə işləyib.

Azərbaycan üzrə missiya direktoru kimi, xanım Meredis USAID-in Azərbaycanın prioritetlərinə dəstək verən bu proqramlara rəhbərlik edəcək. “USAID-in inkişaf proqramlarının uğurları üzərində işi davam etdirməyə və hökumət tərəfdaşlarıyla hazırki əməkdaşlığı gücləndirəcəyimə ümid edirəm”, - xanım Meredis söyləyib.

1990-ci illərdən bəri USAID Azərbaycanda 350 milyon ABŞ dollarından çox vəsait xərcləyib.

Son xəbərlər

Orphus sistemi