USAID-in Avropa və Avrasiya məsələləri Bürosu rəhbərinin müavini Azərbaycana gələcək

USAID-in Avropa və Avrasiya məsələləri Bürosu rəhbərinin müavini Azərbaycana gələcək Bakı. 15 fevral. REPORT.AZ/ ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Avropa və Avrasiya məsələləri Bürosu rəhbərinin müavini Brok Birman Azərbaycana səfər edəcək.
Xarici siyasət
15 Fevral , 2018 12:07
USAID-in Avropa və Avrasiya məsələləri Bürosu rəhbərinin müavini Azərbaycana gələcək

Bakı. 15 fevral. REPORT.AZ/ ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Avropa və Avrasiya məsələləri Bürosu rəhbərinin müavini Brok Birman Azərbaycana səfər edəcək.

"Report" USAID-in mətbuat xidmətinə istinadən xəbər verir ki, regional turne çərçivəsində B.Birman fevralın 14-dən martın 8-dək Makedoniya, Azərbaycan və Gürcüstanda olacaq.

O, səfər zamanı USAID tərəfindən dəstəklənən proqramların nümayəndələri və ölkə rəsmiləri ilə görüşəcək. 

B.Birman həmçinin USAID-in kənd təsərrüfatının inkişafına həsr olunmuş tədbirlərində iştirak edəcək və  Azərbaycandan Gürcüstana gedəcək.

Son xəbərlər

Orphus sistemi