Yuxarı

UNESCO rəsmisi: "Azərbaycanın Birinci xanımı UNESCO səviyyəsində böyük nüfuza malikdir"

UNESCO rəsmisi: "Azərbaycanın Birinci xanımı UNESCO səviyyəsində böyük nüfuza malikdir"
Azərbaycan bütün gücünü səfərbər edərək taleyini özü həll etməyə nail olub
© Report — UNESCO-da daimi nümayəndəliklər Dairəsinin üzvü, səfir, Parisin Diplomatik və Strateji Araşdırmalar Mərkəzinin siyasi elmlər doktoru Zahir Əziz

Paris. 24 iyul. REPORT.AZ/ "Mənim Azərbaycan dövlətini yüksək qiymətləndirməyimin əsas səbəbi onun bütün gücünü səfərbər edərək öz taleyini özü həll etməyə qadir olmasıdır".

Bunu "Report"a açıqlamasında UNESCO-da daimi nümayəndəliklər Dairəsinin üzvü, səfir, Parisin Diplomatik və Strateji Araşdırmalar Mərkəzinin siyasi elmlər doktoru Zahir Əziz söyləyib.

"Azərbaycan UNESCO-nun üzvü olduqdan etibarən bu qurumla yüksək səviyyəli münasibətlər qurmağa nail olub. Sizin UNESCO yanındakı səfiriniz öz fəaliyyətini yalnız bu qurumla əməkdaşlığı inkişaf etdirməklə məhdudlaşdırmır. O, UNESCO-ya üzv ölkələrlə münasibətləri yüksək səviyyədə qurmağa çalışır. Azərbycan hökuməti, xüsusilə ölkənin Birinci xanımının bu qədər sülhpərvər olması ölkənizə başucalıq gətirir. Birinci xanım, hətta UNESCO səviyyəsində də böyük nüfuza malikdir və bir sıra fəxri adlara layiq görülüb. Mənim Azərbaycan dövlətini yüksək qiymətləndirməyimin əsas səbəbi onun bütün gücünü səfərbər edərək öz taleyini özü həll etməyə qadir olmasıdır", - UNESCO nümayəndəsi vurğulayıb.

Azərbaycanın bugünkü inkişafına toxunan səfir bildirib ki, ölkə sürətlə inkişaf edir: "Mən Azərbaycanda 2006-cı ildə Azərbaycan dövlətinin dəvəti ilə mədəniyyət və müxtəliflik mövzusuna həsr edilmiş çox mühüm beynəlxalq konfranda iştirak etmişəm. Məndən başqa 27 ölkənin səfiri bu mühüm tədbirdə iştirak etmək üçün dəvət almışdı. Azərbaycan müstəqillik qazandıqdan etibarən sürətlə inkişaf edir. Azərbaycan xalqının təhsil və mədəniyyət sahəsindəki irəliləyişlərini, uşaqların bu tərəqqidən bəhrələnmək imkanlarının şahidi olmuşam. Çünki bu uşaqlar Azərbaycanın gələcəyidirlər və onlar bu ölkənin gələcəyi üçün cavabdeh olacaqlar".

Azərbaycan-Əfqanıstan münasibətlərinə toxunan səfir bildirib ki, Azərbaycan və əfqan xalqlarının mədəniyyətində oxşarlıq çoxdur və hər ikisi müsəlman, şərq və bir-birinə bənzər gələcəyi olan ölkələrdir: "Azərbaycan ilə Əfqanıstan arasında münasibətlər yüksək səviyyədə inkişaf edir. Əfqanıstan Prezidenti Azərbaycana səfəri zamanı yüksək səviyyədə qarşılanıb. Azərbaycan bu gün əfqan xalqına əlindən gələn köməyi göstərir. Mən buna görə Azərbaycan xalqına və dövlətinə çox minnətdaram, çunki, əfqan xalqının sizin dəstəyinizə ehtiyacı var".

Qeyd edək ki, siyasi elmlər doktoru Zahir Əziz Əfqanıstanın UNESCO yanında (2002-2010) və ISESCO-da (2003-2010) səfiri, UNESCO-nun İdarə Heyətinin üzvü və İSESKO İcra Şurasının üzvü olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi