Ümummilli lider Heydər Əliyevin xatirəsi Buxarestdə anılıb

Ümummilli lider Heydər Əliyevin xatirəsi Buxarestdə anılıb Buxarest. 12 dekabr. REPORT.AZ/ Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar Buxarestin mərkəzində yerləşən Tey Parkı-Heydər Əliyev Xiyabanında anım mərasimi keçirilib.
Xarici siyasət
12 Dekabr , 2017 20:35
Ümummilli lider Heydər Əliyevin xatirəsi Buxarestdə anılıb
Report

Buxarest. 12 dekabr. REPORT.AZ/ Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar Buxarestin mərkəzində yerləşən Tey Parkı-Heydər Əliyev Xiyabanında anım mərasimi keçirilib.

"Report"un Şərqi Avropa bürosu xəbər verir ki, anım mərasimində Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin əməkdaşları, “SOCAR Petroleum SA” şirkətinin nümayəndələri, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Rumıniya-Azərbaycan İkitərəfli Sənaye və Ticarət Palatasının, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası İdarə Heyətinin üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, büstü önünə əklillər qoyulub.

Son xəbərlər

Orphus sistemi