Bakı. 2 oktyabr. REPORT.AZ/ Ukraynanın xarici işlər naziri Pavlo Klimkin bu gün Azərbaycana rəsmi səfərə gələcək.
"Report" Ukrayna XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, ikigünlük səfər zamanı Ukrayna XİN başçısı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparacaq, ölkə rəhbərliyi, eləcə də Ukrayna icmasının nümayəndələri ilə görüşlər keçirəcək.
Ukrayna XİN-in məlumatına görə, səfərin məqsədi dövlət başçıları səviyyəsində tədbirlərin hazırlanması və Azərbaycan-Ukrayna əməkdaşlığının perspektivli istiqamətlərini müzakirə etməkdir.