Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupunun tərkibi təsdiq olunub

Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupunun tərkibi təsdiq olunub Ali Radada (parlament) Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupunun tərkibi təsdiqlənib.
Xarici siyasət
16 Yanvar , 2020 17:02
Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupunun tərkibi təsdiq olunub

Ali Radada (parlament) Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupunun tərkibi təsdiqlənib.

“Report” xəbər verir ki, tərkibə 49 deputat daxildir. Qrupun həmsədrləri Valeri KoliuxVladimir Kreidenko (hər ikisi Xalqın Xidmətçisi Partiyasından) olub.

İclasda Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavadov çıxış edərək işçi qrupu üzvlərilə ölkənin azərbaycanlı diasporunun nümayəndələri arasında görüş keçirməyin vacibliyini vurğulayıb. Bu təkif iclas iştirakçıları tərəfindən rəğbətlə qarşılanaraq qəbul edilib.

Həmçinin qrupun daha səmərəli fəaliyyət göstərməsi üçün qrup katibinə namizəd irəli sürmək təklif edilib. H.Cavadov tərəfindən irəli sürülən İvan Slobodianikin namizədliyi də təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi