TürkPA-nın baş katibi Rusiya səfirinin öldürülməsini qınayıb

TürkPA-nın baş katibi Rusiya səfirinin öldürülməsini qınayıb Jandos Asanov: "TürkPA üzvü olan dövlətlər həmişə terrorizmin hər hansı bir növü və yaxud təzahür formasına qarşı çıxış ediblər"
Xarici siyasət
20 Dekabr , 2016 11:15
TürkPA-nın baş katibi Rusiya səfirinin öldürülməsini qınayıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanov Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsini qınayıb.

TürkPA-dan "Report"a verilən məlumata görə, J.Asanov səfirin ölümünə səbəb olan terror aktını şiddətlə qınayıb.

"TürkPA üzvü olan dövlətlər həmişə terrorizmin hər hansı bir növü və yaxud təzahür formasına qarşı çıxış ediblər. Buna görə də səfirin öldürülməsinə heç bir halda bəraət qazandırıla bilməz. Bu, ölkələr arasında mehriban qonşuluq münasibətlərini korlamaq niyyəti güdən aktdır", - baş katib vurğulayıb.

Qeyd edək ki, TürkPA 2008-ci ildə yaradılıb. Təşkilata Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızısan daxildir.

Son xəbərlər

Orphus sistemi