Yuxarı

Türkmənistan prezidenti: "Azərbaycanla fəal şəkildə çalışırıq"

​Türkmənistan Prezidenti: "Azərbaycanla fəal şəkildə çalışırıq"

"Türkmənistan Azərbaycanla birlikdə Mərkəzi Asiya, Xəzər dənizi və Qara dəniz bölgələrinin səmərəli birləşdirilməsi üzərində fəal şəkildə çalışır".

"Report" Türkmənistan Dövlət İnformasiya Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkmənistan Prezident Qurbanqulu Berdıməhəmmədov Aşqabadda keçirilən MDB Hökumət Başçıları Şurasının iclasında bildirib.

"Geniş məkanı əhatə edən çoxşaxəli, inteqrasiya edilmiş nəqliyyat şəbəkəsi yaradılır. Bu konfiqurasiyada MDB ölkələrinin iştirakı təbii və faydalıdır. Bu, dənizə birbaşa çıxışı olmayan MDB ölkələrinin də qanuni mənafelərinin təmin edilməsi məntiqinə uyğundur. Azərbaycanla birlikdə Mərkəzi Asiya, Xəzər dənizi və Qara dəniz bölgələrinin səmərəli birləşdirilməsi üzərində fəal şəkildə çalışırıq", - o deyib.

Avrasiya məkanında qarşılıqlı iqtisadi əməkdaşlıq kontekstində Xəzər dənizinin önəmli rolunu qeyd edən Türkmənistan lideri vurğulayıb ki, Xəzər dənizi yalnız sahilyanı ölkələrin deyil, həm də MDB iştirakçıları da daxil olmaqla digər ölkələrin maraqlarını birləşdirmək baxımından strateji mərkəz olmalıdır. "Türkmənistan tərəfinin bu il avqustun 12-də Türkmənbaşı şəhərində keçiriləcək Birinci Xəzər İqtisadi Forumunu çağırması da bununla əlaqədardır", - Q.Berdıməhəmmədov söyləyib.

Türkmənistan lideri fürsətdən istifadə edərək, MDB-nin bütün ölkələrinin nümayəndə heyətlərini foruma dəvət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi