Türkiyənin XİN başçısı Azərbaycanın QDİƏT-ə sədrliyi dövründə gördüyü işləri yüksək qiymətləndirib

Türkiyənin XİN başçısı Azərbaycanın QDİƏT-ə sədrliyi dövründə gördüyü işləri yüksək qiymətləndirib Bakı. 14 dekabr. REPORT.AZ/ “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına uğurla sədrlik etdiyi üçün Azərbaycana təşəkkür edirəm”.
Xarici siyasət
14 Dekabr , 2018 12:11
Türkiyənin XİN başçısı Azərbaycanın QDİƏT-ə sədrliyi dövründə gördüyü işləri yüksək qiymətləndirib
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 14 dekabr. REPORT.AZ/ “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına uğurla sədrlik etdiyi üçün Azərbaycana təşəkkür edirəm”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, rəsmi Bakı bu müddətdə bir sıra problemləri aradan qaldırıb: “Buna görə Azərbaycanı təbrik edirəm. Bu gün sadəcə mən deyil, üzv dövlətlər də bu mövqedədir”. 

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri söyləyib ki, Bakı görüşündə həllini gözləyən bir sıra problemləri müzakirə ediblər: “Təşkilat daxilində görüləcək işlərdən danışdıq. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Bolqarıstana keçdi. Biz təşkilatın sədr müavini vəzifəsinə namizədimizi də təklif etdik. Xarici İşlər Nazirləri Şurasının toplantısını uğurla təşkil etdiyi üçün Azərbaycanı və xarici işlər naziri qardaşım Elmar Məmmədyarovu təbrik edirəm”.

Son xəbərlər

Orphus sistemi