Yuxarı

Türkiyənin xarici işlər naziri Azərbaycana gəlib

Türkiyənin xarici işlər naziri Azərbaycana gəlib

Mövlud Çavuşoğlu Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının üçtərəfli görüşündə iştirak edəcək

Bakı. 5 sentyabr. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gəlib.

"Report" xəbər verir ki, Mövlud Çavuşoğlu sentyabrın 6-da Bakıda keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.

Qeyd edək ki, bu, analoji heyətlə 6-cı görüş olacaq.

Xatırladaq ki, ilk belə görüş 8 iyun 2012-ci ildə Trabzonda keçirilib. 28 mart 2013-cü ildə Batumidə adıçəkilən formatda keçirilən ikinci görüşün yekunlarına əsasən, 2013-2015-ci illər üçün nəzərdə tutulmuş Üçtərəfli Sahəvi Əməkdaşlıq üzrə Fəaliyyət Planı qəbul olunub. 19 fevral 2014-cü ildə Gəncə şəhərində hər üç ölkənin xarici işlər nazirlərinin üçüncü görüşü baş tutub. Bunun ardınca həmin ilin 10 dekabr tarixində Qarsda, 19 fevral 2016-cı ildə isə Tbilisidə müvafiq olaraq dördüncü və beşinci üçtərəfli formatda görüşlər keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi