Yuxarı

Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Azərbaycana səfər edəcək

Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Azərbaycana səfər edəcək

Nazir Bakutel sərgisini ziyarət edəcək, həmçinin Türk Şurası ölkələrində İKT-nin inkişafı üzrə İşçi qrupunun iclasında iştirak edəcək

Bakı. 24 noyabr. REPORT.AZ/ Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Ahmet Arslan Azərbaycana işgüzar səfər edəcək.

"Report" diplomatik mənbələrə istinadən xəbər verir ki, nazir Bakıya noyabrın 28-də gələcək.

Türkiyəli nazir səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, "Bakutel" beynəlxalq telekommunikasiya və informasiya sərgisində, eləcə də noyabrın 28-də Bakıda keçiriləcək Türk Şurası ölkələrində İKT-nin inkişafı üzrə İşçi qrupunun iclasında iştirak edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi