Türkiyənin baş naziri Azərbaycana gəlib

Türkiyənin baş naziri Azərbaycana gəlib Bu, Türkiyədə yeni hökumətin təsdiqindən sonra Davudoğlunun ilk rəsmi səfəridir
Xarici siyasət
3 Dekabr , 2015 14:03
Türkiyənin baş naziri Azərbaycana gəlib

Bakı. 3 dekabr. REPORT.AZ/ Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycana səfərə gəlib.

"Report" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında Ə.Davudoğlunu ölkə rəsmiləri, eləcə də Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun qarşılayıb.

Səfər zamanı Türkiyənin baş nazirinin Prezident İlham Əliyev, baş nazir Artur Rasi-zadə ilə görüşəcəyi və "ADA" Universitetində mühazirə ilə çıxış edəcəyi gözlənilir.

Görüşlərdə ikitərəfli əməkdaşlıq, eləcə də gündəlikdə dayanan regional və qlobal məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, bu, Türkiyədə yeni hökumətin təsdiqindən sonra Ə.Davudoğlunun ilk rəsmi səfəridir.

Son xəbərlər

Orphus sistemi