Türkiyənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb - ƏLAVƏ OLUNUB

Türkiyənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb - ƏLAVƏ OLUNUB Azərbaycan baş nazirinin müavini Abid Şərifov xatirə kitabına ürık sözlərini yazıb
Xarici siyasət
15 Dekabr , 2016 14:38
Türkiyənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb - ƏLAVƏ OLUNUB

Bakı. 15 dekabr. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı səfirliyində dekabrın 10-də İstanbulda törədilmiş terror hücum ilə əlaqədar xatirə kitabı açılıb.

"Report" xəbər verir ki, xarici ölkələrin diplomatları, Azərbaycanın ictimai və siyasi xadimləri kədərlərini ifadə etmək və Türkiyənin dərdinə şərik olduqlarını göstərmək üçün səfirliyə gəlir, xatirə kitabında qeydlərini yazırlar.

Azərbaycan baş nazirinin müavini Abid Şərifov da xatirə kitabında ürək sözlərini yazıb. A.Şərifov terror hücumu nəticəsində çoxsaylı ölən və yaralananın olması barədə xəbərin bizi dərindən sarsıtdığını qeyd edib: "Acınızı bölüşür, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayırıq."

Sonra A.Şərifov səfir Erkan Özoral ilə söhbət edib.

Xatırladaq ki, İstanbulun "Beşiktaş" futbol klubunun ev oyunlarını keçirdiyi "Vodafone Arena" stadionu yaxınlığında törədilmiş terror aktında 44 nəfər həlak olub, 155 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi