Türkiyənin Azərbaycandakı səfirliyində KİV nümayəndələri üçün iftar süfrəsi təşkil olunub

Türkiyənin Azərbaycandakı səfirliyində KİV nümayəndələri üçün iftar süfrəsi təşkil olunub Səfir Formula 1-in Azərbaycana hər mənada fayda verəcəyini vurğulayıb
Xarici siyasət
21 İyun , 2016 10:21
Türkiyənin Azərbaycandakı səfirliyində KİV nümayəndələri üçün iftar süfrəsi təşkil olunub

Bakı. 21 iyun. REPORT.AZ/ Dünən Türkiyənin Azərbaycandakı səfirliyində mətbuat nümayəndələri üçün iftar süfrəsi təşkil olunub.

“Report”un xəbərinə görə, iftar mərasimində Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun, səfirliyin müşaviri, xanım Meral Barlas, səfirliyin mətbuat üzrə müşaviri Hamid Karadeniz, Azərbaycanın aparıcı KİV-lərinin təmsilçiləri iştirak ediblər.

İsmail Alper Coşkun Bakıda keçirilən Formula 1 üzrə Avropa Qran Prisinin yaxşı təşkil edildiyini, bunu digər ölkələrin təmsilçilərindən də eşitdiyini söyləyib. O, Formula 1-in Azərbaycana hər mənada fayda verəcəyini vurğulayıb.

Səfir Türkiyənin daxili və xarici siyasəti ilə bağlı mövcud vəziyyət, Türkiyə-Azərbaycan münasibətləri, Ankara ilə Moskva arasında yaşananlar, Suriya ətrafında baş verənlər və digər məsələlər ətrafında danışıb və jurnalistlərin suallarını cavablandırıb.

Son xəbərlər

Orphus sistemi