Türkiyənin Azərbaycandakı səfiri ölkəsində baş verənlərlə əlaqədar mətbuat konfransı keçirəcək

Türkiyənin Azərbaycandakı səfiri ölkəsində baş verənlərlə əlaqədar mətbuat konfransı keçirəcək Tədbir səfirlikdə olacaq
Xarici siyasət
20 İyul , 2016 09:54
Türkiyənin Azərbaycandakı səfiri ölkəsində baş verənlərlə əlaqədar mətbuat konfransı keçirəcək

Bakı. 20 iyul. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı səfiri İsmayil Alper Coşqun mətbuat konfransı keçirəcək.

"Report"un məlumatına görə, mətbuat konfransı Türkiyədə iyulun 15-də baş verən dövlət çevirilişi cəhdi və ondan sonra baş verənlərə həsr ediləcək.

Tədbir səfirlikdə olacaq və səfir İsmayil Alper Coşqun Türkiyədəki hadisələrlə bağlı azərbaycanlı jurnalistlərin suallarını cavablandıracaq.

Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Fətullah Gülənin tərəfdarları (FETO - Fətullahçı terror təşkilatı) Türkiyədə dövlət çevrilişinə cəhd ediblər, lakin bu cəhdin qarşısı alınıb, qiyamda iştirak edən şəxslər həbs olunublar.

Son xəbərlər

Orphus sistemi