Yuxarı

Türkiyənin Azərbaycandakı səfiri: "Bütün terror təşkilatlarını əzib yox edəcəyik"

Türkiyənin Azərbaycandakı səfiri: "Bütün terror təşkilatlarını əzib yox edəcəyik"

Erkan Özoral: Biz kədərli ola bilərik, amma terrorla mübarizə aparmağa tam qərarlıyıq

Bakı. 15 dekabr. REPORT.AZ/ "Millət olaraq hamımız kədərliyik. Heç kəs terror aktı ilə nə Türkiyəni sarsıda, nə də türk millətinin gözünü qorxuda bilər".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

"Biz kədərli ola bilərik, amma terrorla mübarizə aparmağa tam qərarlıyıq" - səfir bildirib.

Onun sözlərinə görə, türk milləti terrorla mübarizədə hər zaman hökümətin yanındadır: "Adı nə olur olsun, istər PKK, istər İŞİD, istərsə də FETÖ, fərq etməz, bilsinlər ki, onları əzib yox edəcəyik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi