Bakı. 30 avqust. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı hərbi ataşesi, general-mayor Zafer Ocakın missiyası başa çatıb.
"Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 30 Avqust - Zəfər bayramı münasibətilə təşkil olunan mərasimdə deyib.
Qeyd edək ki, Z.Ocak iki ildir Türkiyənin Azərbaycandakı hərbi ataşesi vəzifəsində çalışırdı.