Yuxarı

Türkiyəli şərhçi: "Azərbaycanda siyasi istiqrar, hüquqi sistemin işləkliyi xarici investorları cəlb edir" - RƏY - VİDEO

Azərbaycanda hüquqi sistemin işləkliyi xarici investorları cəlb edir
© Report

"Azərbaycanda siyasi istiqrar, hüquqi sistemin işləkliyi, vergilərin azaldılması xarici investorları cəlb edir".

Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında türkiyəli siyasi təhlilçi Abdullah Çiftçi bildirib. 

O, Azərbaycanda gedən bütün prosesləri yaxında izlədiyini söyləyib: "Əslində, bu, belə də olmalıdır. Biz böyük dövlət xadimi Heydər Əliyevin dediyi kimi, "Bir millət, iki dövlətik". Təbii ki, bir-birindən ayrılmaz iki qardaş ölkənin uğurları hər birimizi sevindirməlidir. Azərbaycan iqtisadiyyatının gündən-günə inkişafı, dünyada nüfuzunun artması və Türkiyə ilə yaxın əlaqələrinin varlığı bizi məmnun edir. Şübhəsiz, bu gün Azərbaycan təbii ehtiyatları ilə dünyanın ən mühüm ölkələrindən birinə çevrilib. Bu, onu göstərir ki, Azərbaycan neft-qaz və zəngin xammal ehtiyatları ilə sənaye və geosiyasi mövqeyini inkişaf etdirir". 

Türkiyəli analitik deyib ki, Prezident İlham Əliyev Azərbaycanın sosial, siyasi və iqtisadi inkişafı üçün böyük səy göstərməkdədir: "Mən Prezident İlham Əliyevin 15 illik fəaliyyətini yaxından izləyərəm. Məhz İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanda siyasi sabitlik daha da artdı. İlham Əliyev 15 illik prezidentiyi dövründə neftdən asılı olmayan, tamamilə müstəqil bir ölkə modeli inkişaf etdirmək hədəfi ilə Azərbaycan iqtisadiyyatı 14 dəfə böyüyüb, işsizlik 50 faizdən lərdən, 5 faizə düşüb və 2 milyon adama yeni iş imkanı yaradıldı. Məsələn, 2018-ci ildə Azərbaycana xarici investor axının təmin edilməsi məqsədilə ciddi qərarlar verildi. Bunu əminliklə deyə bilərəm ki, yerli və xarici investorlar üçün ən vacib məsələ siyasi, iqtisadi sabitlik və hüquqi təhlükəsizlikdir. Azərbaycan siyasi sabitliyə nail olub və bazarda etimadın təmin edilməsi üçün uzun bir yol qət edib, nəticələr də olduqca ürəkaçandır. Artıq 2019-cu ildə Azərbaycanda hansısa xarici investor 20 dəqiqə ərzində şirkətini qeydiyyatdan keçirə bilir. Halbuki 2017-ci ildə bu sahədə ciddi islahatlar aparan Türkiyə belə hələ bu modelə keçməyib. Azərbaycanda tətbiq olunan yeniliklər Avropa standartlarındadır. Ölkədə - sadələşdirilmiş vergi dərəcəsinin tətbiqi, iş adamlarına güzəştlər, ticarət məhsullarının sərhəddən daha sürətli keçməsinə imkan verən "Yaşıl dəhliz" buraxılış sisteminin qüvvəyə minməsi - bütün bunlar sürətli inkişafın göstəriciləridir. Bu həm də Azərbaycanın yeni təcrübələrə açıq olmasından xəbər verir. Sadəcə, neft, təbii qaz ehtiyatları ilə deyil, qeyri-neft sahələrinə də xarici investorları cəlb etmək üçün görülən tədbirlər ölkə iqtisadiyyatının inkişafının sürətlənməsinə təkan verir".

A.Çiftçi Türkiyədən də Azərbaycan bazarına ciddi axın olduğunu vurğulayıb: "Rəsmi statistikaya görə, bu gün Azərbaycanda 2000-ə yaxın türkiyəli investorun qurduğu şirkət var. Böyük iş adamları, investorlar bütün sahələrdə yatırımlarını Azərbaycana doğru yönəldiblər".

Türkiyəli analitik qeyd edib ki, Azərbaycan həm də zəngin turizm potensialına sahibdir: "Şübhəsiz, ölkədə bu sahəyə qoyulan investitiyalar da diqqətimizdədir. Xəzəryanı ölkələr bütün dünya üçün əhəmiyyətlidir. Ölkənin turizm baxımından əlverişli mövqedə olması xarici turistlərin də diqqət mərkəzindədir. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bunun da nəticələri yaxın gələcəkdə özünü göstərəcək. Müstəqilliyini yeni qurmasına baxmayaraq, bu qədər böyük yol qət edən Azərbaycan uğurla addımlayır və bu, bizi çox sevindirir.

Vüsalə Abbasova 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi