​Türkiyədə SOCAR-ın dəstəyi ilə keçirilmiş tədbirdə Xocalı soyqırımının qurbanları anılıb

​Türkiyədə SOCAR-ın dəstəyi ilə keçirilmiş tədbirdə Xocalı soyqırımının qurbanları anılıb Haldun Yavaş: "Ermənilər Türkiyə və Azərbaycana qarşı terror hücumları, qətliamlar, sabotaj və sui-qəsdlər törədib"
Xarici siyasət
18 Fevral , 2015 18:29
​Türkiyədə SOCAR-ın dəstəyi ilə keçirilmiş tədbirdə Xocalı soyqırımının qurbanları anılıb

Bakı. 18 fevral. REPORT.AZ/ Türkiyədə fəaliyyət göstərən Xəzər Strateji Araşdırmalar İnstitutunun “Hazar World” jurnalı tərəfindən təşkil olunmuş qısametrajlı film müsabiqəsinə yekun vurulub.

SOCAR-dan "Report"a verilən məlumata görə, bu münasibətlə İstanbulun “Feriye” kinoteatrında mükafatların təqdimolunma mərasimi keçirilib.

Müsabiqənin birinci mükafatını Ömər Miraç Tunçun “Cənnət çiçəkləri” filmi qazanıb. Final mərhələsinin iştirakçılarına isə “SOCAR Türkiyə” şirkəti tərəfindən pul mükafatları təqdim olunub.

Xəzər Strateji Araşdırmalar İnstitutunun baş katibi Haldun Yavaş çıxışında 100 ildən artıq bir müddətdə ermənilərin Türkiyə və Azərbaycana qarşı terror hücumları, qətliamlar, sabotaj və sui-qəsdlər törətdiyini, bu qətliamlardan isə ən dəhşətlisinin Xocalıda yaşandığını bildirib.

Milli Məclisin deputatı Qənirə Paşayeva iki gündür bütün Türkiyəni sarsıdan dəhşətli qətl hadisəsinə - tələbə qızın vəhşicəsinə öldürülməsinə toxunaraq, 23 il əvvəl Xocalıda onlarla azərbaycanlı qadının bu dəhşətə məruz qaldığını söyləyib. Q.Paşayeva bu qətliamı həyata keçirən insanların indi Ermənistanda yüksək vəzifələr tutduğunu, özünü dünyada insan hüquqlarının müdafiəçisi kimi tanıdan təşkilatların bu cinayətə laqeyd qaldığını diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi