​Türkiyədə “G20”nin sammitinə qatılan ali qonaqların şərəfinə nahar verilib

​Türkiyədə “G20”nin sammitinə qatılan ali qonaqların şərəfinə nahar verilib Naharda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib
Xarici siyasət
15 Noyabr , 2015 01:04
​Türkiyədə “G20”nin sammitinə qatılan ali qonaqların şərəfinə nahar verilib

Bakı. 15 noyabr. REPORT.AZ/ Noyabrın 14-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın adından “Böyük İyirmiliyin” (G20) Antalya şəhərində keçirilən sammitində iştirak edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatlar rəhbərləri və onların xanımlarının şərəfinə nahar verilib.

“Report” xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban ƏliyevaHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva naharda iştirak ediblər.

Ötən gün prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Böyük İyirmiliyin” (G20) Antalya şəhərində keçirilən sammitində iştirak etmək üçün Türkiyəyə işgüzar səfərə gediblər. Antalyanın beynəlxalq aeroportunda Azərbaycan prezidenti və xanımını Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar. 

Son xəbərlər

Orphus sistemi