​Türkiyədə 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım tədbiri keçirilib

​Türkiyədə 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım tədbiri keçirilib Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb
Xarici siyasət
20 Yanvar , 2016 20:49
​Türkiyədə 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım tədbiri keçirilib

Bakı. 20 yanvar. REPORT.AZ/ Bu gün 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyində anım tədbiri təşkil olunub.

Səfirlikdən "Report"a verilən məlumata görə, tədbirdə, diplomatik nümayəndəliyin əməkdaşları, tanınmış ictimai siyasi xadimlər, elm və incəsənət adamları, müəllim kollektivi, ictimaiyyət, diaspor və KİV nümayəndələri ilə yanaşı, Ankarada təhsil alan tələbə və müdavimlərimiz iştirak ediblər.

Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və iki qardaş ölkə himnlərinin oxunması ilə başlayıb, ilk olaraq iştirakçılara qanlı yanvar hadisələri ilə bağlı müfəssəl sənədli film nümayiş etdirilib.

Ardından səfir Faiq Bağırov, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Nəcdət Ünüvar, Ədalət və İnkişaf Partiyası İğdır millət vəkili Nurettin Aras, Azərbaycan diasporu adından Rahilə Şükürova, tələbə və kursant nümayəndələrimiz həyata keçirdikləri çıxışlarda 1990-cı ilin yanvar hadisələri ilə bağlı fikirlərini auditoriya ilə bölüşüblər.

Daha sonra tədbir iştirakçıları qanlı yanvar hadisələri ilə bağlı təşkil olunmuş sərgi ilə tanış olublar. Sonda iştirakçılara "İrs-Miras" jurnalı və 20 yanvar faciəsi ilə bağlı materiallar təqdim edilib.

Qeyd edək ki, Türkiyənin nüfuzlu "Yeniçağ", "Milliyet" və "Daily Sabah" qəzetlərində səfir Faiq Bağırovun 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı məqalələri və müsahibəsi dərc olunub.

Son xəbərlər

Orphus sistemi