​Türkiyənin xarici işlər naziri Azərbaycana gəlib

​Türkiyənin xarici işlər naziri Azərbaycana gəlib Firudin Sinirlioğlu ikitərəfli münasibətlərin perspektivlərini müzakirə edəcək
Xarici siyasət
15 Sentyabr , 2015 22:34
​Türkiyənin xarici işlər naziri Azərbaycana gəlib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Türkiyə müvəqqəti hökumətinin xarici işlər naziri Firudin Sinirlioğlu Azərbaycana səfərə gəlib.

"Report" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında naziri Azərbaycanın rəsmi şəxsləri qarşılayıblar.

F.Sinirlioğlu səfər zamanı Şəhidlər və Fəxri xiyabanı, həmçinin türk şəhidlərinin abidəsini ziyarət edəcək. O daha sonra Azərbaycan prezidenti İlham Əliyev, həmçinin xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşəcək.

Türkiyənin XİN başçısı Bakıda ikitərəfli münasibətlərin perspektivlərini, regional və dünyada baş verən hadisələri müzakirə edəcək.

Son xəbərlər

Orphus sistemi