​Türkiyə XİN başçısı: "Əməkdaşlığımız bölgədə sabitliyə xidmət edir"

​Türkiyə XİN başçısı: "Əməkdaşlığımız bölgədə sabitliyə xidmət edir" Mövlud Çavuşoğlu deyib ki, Azərbaycan, Türkiyə və Türkmənistan arasında əməkdaşlıq bölgəyə sabitlik gətirəcək
Xarici siyasət
28 Avqust , 2015 13:15
​Türkiyə XİN başçısı: Əməkdaşlığımız bölgədə sabitliyə xidmət edir

Bakı. 28 avqust. REPORT.AZ/ "Azərbaycan, Türkiyə və Türkmənistan arasında əməkdaşlıq bölgədə sabitliyə xidmət edir".

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, bu ilin noyabrında Türkiyənin Antalya şəhərində "G-20" qrupunun sammiti keçiriləcək: "Türkiyə dünyanın varlı dövlətlərindəndir. Ölkəmiz buna layiq olduğu kimi, Antalyada "G-20"-nin zirvə toplantısını keçirməyə layiqdir".

Xatırladaq ki, bu gün Antalyada Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli toplantısı keçiriləcək.

Toplantı çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub.

İlk üçtərəfli görüş 2014-cü il mayın 26-da Bakıda, ikinci görüş 2015-ci il yanvarın 29-da Aşqabadda olub.  

Son xəbərlər

Orphus sistemi