Yuxarı

Türkiyə səfirliyinin əməkdaşları Bakıda türk şəhid əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər

Türkiyə səfirliyinin əməkdaşları Bakıda türk şəhid əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər
Səfir Erkan Özoral abidə önünə əklil qoyub
© Report.az

Bakı. 30 avqust. REPORT.AZ/ Türkiyənin milli bayramı - Qələbə Günü münasibətilə bu ölkənin Azərbaycandakı səfiri Erkan Özoral və səfirlik əməkdaşları türk şəhid əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

"Report" xəbər verir ki, əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səslənib, ardından səfir E.Özoral abidə önünə əklil qoyub.

Səfir çıxış edərək, bu gün Türkiyənin qələbəni qürurla qeyd etdiyini bildirib: "Qələbə türklərin həmişə azadlıq və kimliyini qorumağa qadir olmasının sübutu olub."

Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfiri, həmçinin Şəhidlər Xiyabanındaki "Əbədi məşəl" abidəsi önünə əklil qoyub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi