Türkiyə səfiri: "Lavaş Ermənistanın mədəniyyət nümunəsi deyil"

Türkiyə səfiri: "Lavaş Ermənistanın mədəniyyət nümunəsi deyil" "Biz Azərbaycanla birgə bu məsələ ilə bağlı sənəd hazırlayacağıq"
Xarici siyasət
29 Noyabr , 2014 16:24
Türkiyə səfiri: Lavaş Ermənistanın mədəniyyət nümunəsi deyil

Bakı. 29 noyabr. REPORT.AZ/ "Biz regionda sülh və əmin-amanlığın bərqərar olması üçün əməkdaşlığa hazırıq. Lakin ermənilər türkləri özlərinə düşmən hesab edərək, buna hər vasitə ilə mane olur və əməkdaşlıqdan boyun qaçırırlar".

Bunu "Report"a Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun qondarma "erməni soyqırımı"nın yüzilliyi ilə bağlı ermənilərn 2015-ci ildə keçirəcəkləri tədbirləri şərh edərkən bildirib. 

Onun sözlərinə görə, ermənilər bu tədbirləri türklərin acığına keçirirlər: "Bu hadisələri soyqırım adlandırmaq üçün beynəlxalq məhkəmənin qərarı tələb olunur. Belə qərar isə yoxdur. Ermənilərin hərəkətləri heç bir nəticə verməyəcək".

İ.A.Coşqun əlavə edib ki, Türkiyə və Azərbaycan ermənilərin bu hərəkətlərinə qarşı birgə fəaliyyət göstərəcək. 

Səfir buna misal kimi ermənilərin lavaşı öz milli çörəyi kimi UNESCO-nun müvafiq siyahısına təqdim etmək cəhdinin qarşısının alınmasını göstərib: "Bu məsələni tədqiq etsək, aydın olar ki, lavaş Ermənistanın mədəni nümunəsi deyil. Biz Azərbaycanla birgə bu məsələ ilə bağlı sənəd hazırlayacağıq. Digər türk dövlətləri ilə də həmin məsələni müzakirə etməliyik".

Son xəbərlər

Orphus sistemi