Yuxarı

Türkiyə səfiri: "Erməniləri haqq yoluna, yalandan uzaq durmağa çağırıram"

Türkiyə səfiri: "Erməniləri haqq yoluna, yalandan uzaq durmağa çağırır
© Report/ Firi Salim — Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral

“Uydurma erməni soyqırımını tanıyanları qınayırıq. Həqiqət yerini tapmalıdır. Türk millətinin tarixində heç vaxt utanılacaq hadisə baş verməyib”.

“Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakıda keçirilən ”Uydurma erməni soyqırımı: Həqiqətlər və reallıqlar” adlı "dəyirmi masa"da deyib.

Səfir bildirib ki, ermənilərin Azərbaycan qarşı törətdiyi əməllər, cinayətlər qiymətini almalıdır: “Azərbaycanlı qardaşlarımıza qarşı etdiklərinə nə cavab verəcəklər? Türkiyəni soyqırım törətməkdə ittiham edənlərə demək istəyirəm ki, buyursunlar, araşdırsınlar. Yalanlar dünyadan silinməlidir. Erməniləri haqq yoluna, yalandan uzaq durmağa çağırıram. Hər kəs etdiyinin cəzasını almalıdır. Bu günə qədər 34 türk diplomatı ASALA tərəfindən qətlə yetirilib”.

Diplomat qeyd edib ki, Xocalıda qətliam törədənlər layiqli cavabını almalıdırlar: “Azərbaycanlıları qətlə yetirən erməniləri qəhrəman elan ediblər. Bu, dünyanın ən böyük haqsızlığıdır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi