Yuxarı
    Bağlamaq

    Türkiyə səfiri: “Birgə addımlarla Azərbaycanda FETÖ-nün dayaqları məhv edildi”

    “Bu terror təşkilatı əxlaqdan kənar bütün addımları atıb”
    Türkiyənin Azərbaycandakı səfiri Erkan Özaral

    Bakı. 13 iyul. REPORT.AZ/ “2016-cı ilin iyulun 15-də Türkiyə ən ağır günlərindən birini yaşayıb. Həmin gün dövlət çevrilişinə cəhd edildi, cavablarını da aldılar. Millət birlikdə terrorçulara qarşı mübarizə apardı, küçələrə çıxdı. Bu, qəhrəmanlıqdır”.

    “Report”un xəbərinə görə, bunu Türkiyədə dövlət çevrilişinə cəhdin ikinci ildönümü ilə əlaqədar keçirilən mətbuat konfransında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral deyib.

    Diplomat xatırladıb ki, Türkiyə həmin gün 250 şəhid verib: “Bu cür hadisələr dərs oldu. Bunların bir daha təkrar olunmamasına çalışırıq. Fətullahçı Terror Təşkilatı dövləti ələ keçirməyə çalışdı. Amma buna nail ola bilmədilər. Onların cəhdləri qarşılıqsız qala bilməzdi”.

    E.Özoral bildirib ki, Türkiyədə bu hadisəyə görə 661 nəfər ömürlük həbs edilib: “101 iş üzrə istintaq aparılır. Hüquqi dövlətdə bu cür addımların atılması normaldır. Buna kimsə kölgə sala bilməz. Bundan başqa, 180 min nəfər dövlət işlərindəki vəzifələrindən azad edildi”.

    Səfir vurğulayıb ki, bu terror təşkilatı əxlaqdan kənar bütün addımları atıb: “Türkiyədə terrora qarşı çox ciddi mübarizə aparılır. Türkiyədə bir daha belə hal baş verə bilməz. FETÖ ilə mübarizəni xarici ölkələrdə də aparırıq. Bu məqsədlə 30 ölkədə onların tədris mərkəzləri bağlanılıb.

    O bildirib ki, bu məsələdə Azərbaycan Türkiyəyə dəstək verib: “Buna görə də Azərbaycan Prezidentinə, o cümlədən dövlət qurumlarının rəhbərlərinə təşəkkürümü bildirirəm. Birgə addımlarla Azərbaycanda da FETÖ-nün dayaqları məhv edildi”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi