Türkiyə səfiri Bakıda baş verən yanğınla bağlı başsağlığı verib

Türkiyə səfiri Bakıda baş verən yanğınla bağlı başsağlığı verib "Belə kədərli bir vaxda Türküyə Cumhuriyyəti olaraq hər zaman olduğu kimi azərbaycanlı qardaş və bacılarımızın yanındayıq"
Xarici siyasət
19 May , 2015 18:13
Türkiyə səfiri Bakıda baş verən yanğınla bağlı başsağlığı verib

Bakı. 19 may. REPORT.AZ/ Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Alpər Coşkun Bakı şəhərinin Binəqədi rayonunda baş vermiş yanğın hadisəsi ilə bağlı başsağlığı verib.

“Report”un xəbərinə görə, səfir başsağlığı məktubunda bu gün Bakıda baş verən yanğın hadisəsi ilə bağlı öz dərin kədərini bildiri: "Hadisə nəticəsində həyatını itirən qardaş və bacılarımıza Allahdan rəhmət, yaxınlarına səbir və mətanət, yaralılara isə şəfa diləyirəm".

"Belə kədərli bir vaxda Türküyə Cumhuriyyəti olaraq hər zaman olduğu kimi azərbaycanlı qardaş və bacılarımızın yanındayıq", - səfirliyin məlumatında qeyd olunur.

Son xəbərlər

Orphus sistemi