Türkiyə Prezidentinn Azərbaycana işgüzar səfəri başa çatıb

Türkiyə Prezidentinn Azərbaycana işgüzar səfəri başa çatıb Türkiyə Prezidenti Xorvatiyaya səfər edəcək
Xarici siyasət
26 Aprel , 2016 12:21
Türkiyə Prezidentinn Azərbaycana işgüzar səfəri başa çatıb

Bakı. 26 aprel. REPORT.AZ/ Aprelin 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına işgüzar səfəri başa çatıb.

“Report”un xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycanın baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar.

Qeyd edək ki, Türkiyə Prezidenti Xorvatiyaya səfər edəcək. 

Son xəbərlər

Orphus sistemi