Türkiyə Prezidenti Ramil Həsənovla görüşüb

Türkiyə Prezidenti Ramil Həsənovla görüşüb Baş katib Ramil Həsənov TDƏŞ-nin bayrağını Prezident Rəcəb Tayyib Ərdoğana hədiyyə edib
Xarici siyasət
30 Dekabr , 2014 10:00
Türkiyə Prezidenti Ramil Həsənovla görüşüb

Bakı. 30 dekabr. REPORT.AZ/ Türkiyə Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) sədri Rəcəb Tayyib Ərdoğan TDƏŞ-nin baş katibi Ramil Həsənovu qəbul edib. “Report” AzərTAc-a istinadən xəbər verir ki, görüşdə TDƏŞ-nin fəaliyyət istiqamətlərindən bəhs edən Ramil Həsənov 2015-ci ildə qurumun Astanada keçiriləcək V zirvə toplantısına hazırlıq işləri barədə ətraflı məlumat verib. Baş katib diqqətə çatdırıb ki, növbəti zirvə toplantısına təşkilata üzv olmayan ölkə başçıları da dəvət edilib.

Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının güclənməsi türkdilli ölkələrin beynəlxalq təşkilatlardakı mövqelərinin möhkəmlənməsinə ciddi stimuldur. Türkiyənin dövlət başçısı TDƏŞ-nin Birləşmiş Millətlər və İslam Əməkdaşlıq təşkilatları ilə əlaqələrinin qurulmasını, o cümlədən Şuranın üzvü olan ölkələrin Kiyevdə ilk xarici nümayəndəliyinin açılmasını yüksək dəyərləndirib.

Sonda baş katib Ramil Həsənov TDƏŞ-nin bayrağını Prezident Rəcəb Tayyib Ərdoğana hədiyyə edib.

Son xəbərlər

Orphus sistemi