Türkiyə prezidenti FETÖ-ya qarşı mübarizəyə görə Azərbaycana təşəkkür edib

Türkiyə prezidenti FETÖ-ya qarşı mübarizəyə görə Azərbaycana təşəkkür edib Bakı. 10 iyul. REPORT.AZ/ “FETÖ-ya qarşı mübarizədə verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə şəxsən öz adımdan və millətim adından təşəkkür edirəm”.
Xarici siyasət
10 İyul , 2018 17:30
Türkiyə prezidenti FETÖ-ya qarşı mübarizəyə görə Azərbaycana təşəkkür edib
0 : 00
0 : 00

Bakı. 10 iyul. REPORT.AZ/ “FETÖ-ya qarşı mübarizədə verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə şəxsən öz adımdan və millətim adından təşəkkür edirəm”.

"Report" xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Onlar buralarda çox geniş fəaliyyət göstərməyə cəhd edirdilər. Bunun üçün bütün vasitələrdən istifadə etməyə çalışdılar. Amma istər Azərbaycan Prezidentinin bu məsələdə həssas davranması, istərsə də Türkiyədə yerləşib Azərbaycan əleyhinə fəaliyyət göstərənlərə qarşı həyata keçirilən birgə tədbirlər nəticəsində bir çox məsələnin qarşısını aldıq. Türkiyənin Maarif Vəqfı ilə Azərbaycanın Təhsil Nazirliyi arasında olan əməkdaşlıq nəticəsində bu sahədə olan boşluqları da dolduracağıq", -deyə R.T.Ərdoğan bildirib. 

Son xəbərlər

Orphus sistemi