​Türkiyə Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

​Türkiyə Prezidenti Azərbaycana işgüzar səfərə gəlib Rəcəb Tayyib Ərdoğanı və xanımını hava limanında baş nazirin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar
Xarici siyasət
25 Aprel , 2016 19:19
​Türkiyə Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Bakı. 25 aprel. REPORT.AZ/ Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 25-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycanın baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Son xəbərlər

Orphus sistemi