Türkiyə ilə Rusiya arasında Cənubi Qafqazdakı vəziyyətə dair müzakirələr aparılacaq

Türkiyə ilə Rusiya arasında Cənubi Qafqazdakı vəziyyətə dair müzakirələr aparılacaq Türkiyə ilə Rusiyanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov martın 29-da iki ölkə arasındakı Ortaq Strateji Planlama Qrupunun Antalyada keçiriləcək iclasında iştirak edəcəklər.
Xarici siyasət
28 Mart , 2019 14:37
Türkiyə ilə Rusiya arasında Cənubi Qafqazdakı vəziyyətə dair müzakirələr aparılacaq

Türkiyə ilə Rusiyanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu Sergey Lavrov martın 29-da iki ölkə arasındakı Ortaq Strateji Planlama Qrupunun Antalyada keçiriləcək iclasında iştirak edəcəklər.

“Report” xəbər verir ki, görüş zamanı ikitərəfli münasibətlər, həmçinin regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq. Danışıqlardan sonra iki ölkənin Xarici İşlər nazirlikləri arasında 2019-2020-ci illər üçün məsləhətləşmələr planı da təsdiqlənəcək.

Həmçinin Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da danışıqlar zamanı Yaxın Şərq, Cənubi Qafqaz, Şimali Afrika, Aralıq dənizi, Ukrayna, Qara dəniz regionlarındakı vəziyyətin müzakirə olunacağını deyib. Suriyada terrorçu ünsürlərin zərərsizləşdirilməsi və milli dialoqun dəstəklənməsi məsələsinə xüsusi diqqət yetiriləcəyi də qeyd olunub.

Son xəbərlər

Orphus sistemi