Bəkir Bozdağ: "Türkiyə Dağlıq Qarabağ münaqişəsi həllini tapanadək Azərbaycanla birlikdə mübarizəsini davam etdirəcək"

Bəkir Bozdağ: "Türkiyə Dağlıq Qarabağ münaqişəsi həllini tapanadək Azərbaycanla birlikdə mübarizəsini davam etdirəcək" "Azərbaycan xalqının məruz qaldığı çox böyük haqsızlıq var və bunun tezliklə aradan qaldırılması lazımdır"
Xarici siyasət
20 Sentyabr , 2017 15:33
Bəkir Bozdağ: Türkiyə Dağlıq Qarabağ münaqişəsi həllini tapanadək Azərbaycanla birlikdə mübarizəsini davam etdirəcək
Report

Ankara. 20 sentyabr. REPORT.AZ/ "Bu gün Azərbaycan və Türkiyə arasında əlaqələr yüksək səviyyədədir". 

Bunu "Report"un yerli bürosuna açıqlamasında Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ bildirib. 

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə həm dost, həm də qardaş dövlətdir: "İki ayrı dövlət olsa da, ancaq tək millətdir. Hazırda Türkiyənin Azərbaycanla əlaqələri yüksək səviyyədədir. İki ölkənin bir çox məsələlərdə mövqeyi üst-üstə düşür. Ona görə də gələcəkdə də əlaqələri qorumaq bizim üçün böyük məsuliyyətdir. Azərbaycan və Türkiyə prezidentləri - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında çox möhkəm dostluq var. Heç şübhəsiz, hər iki təcrübəli lider Azərbaycan və Türkiyəni daha yüksək yerlərə daşıyacaqlar. İnanıram ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, TANAP, TAP kimi böyük enerji layihələri hər iki ölkə üçün də faydalı olacaq". 

B.Bozdağ deyib ki, Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır: "Biz doğru olanın yanındayıq. Bu məsələdə də doğru və haqlı olan Azərbaycan dövlətidir. Azərbaycan xalqının məruz qaldığı çox böyük haqsızlıq var və bunun tezliklə aradan qaldırılması lazımdır. Türkiyə Dağlıq Qarabağ münaqişəsi həllini tapanadək Azərbaycanla birlikdə mübarizəsini davam etdirəcək".

Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi