Yuxarı

Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçılarının görüşünün yekununda İstanbul bəyannaməsi qəbul olunub

Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçılarının görüşünün yekununda İstanbul bəyannaməsi qəbul olunub

© Report

İstanbul. 29 oktyabr. REPORT.AZ/ Türkiyə, Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri - Mövlud Çavuşoğlu, Elmar Məmmədyarov və David Zalkalianinin İstanbulda keçirilən üçtərəfli görüşünün sonunda bəyannamə qəbul olunub.

"Report"un Türkiyə bürosu xəbər verir ki, Dolmabağça sarayında baş tutan danışıqlar yekunlaşandan sonra XİN başçıları mətbuat konfransı keçiriblər.

M.Çavuşoğlu Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunub. O deyib ki, Türkiyə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün təmin olunmasını zəruri sayır və bu məsələ hər zaman rəsmi Ankaranın gündəmində olub.

E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi səylərə və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Türkiyəyə təşəkkür edib.

Nazirlərin mətbuat konfransında üç ölkənin həyata keçirdiyi enerji layihələrinə toxunulub və üçtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Vüsalə Abbasova

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi