Türk və Azərbaycan diasporunun nümayəndələri İsveç parlamenti qarşısında etiraz aksiyası keçiriblər

Türk və Azərbaycan diasporunun nümayəndələri İsveç parlamenti qarşısında etiraz aksiyası keçiriblər Aksiyanın keçirilməsində məqsəd İsveç parlamentinin qondarma “erməni soyqırımı”nı tanınmasına qarşı etiraz etmək idi
Xarici siyasət
11 Mart , 2016 22:02
Türk və Azərbaycan diasporunun nümayəndələri İsveç parlamenti qarşısında etiraz aksiyası keçiriblər

Bakı. 11 mart. REPORT.AZ/ İsveçin paytaxtı Stokholmda türk və Azərbaycan diaspor təşkilatlarının nümayəndələri ölkə parlamentinin (Riksdaq) binası qarşısında etiraz aksiyası keçiriblər. Aksiyanın keçirilməsində məqsəd İsveç parlamentinin qondarma “erməni soyqırımı”nı tanınmasına qarşı etiraz etmək idi.

Tədbir iştirakçıları bildiriblər ki, 2011-ci il martın 11-də “erməni soyqırımı”nın İsveç parlamenti tərəfindən tanınması Türkiyəyə təzyiq göstərilməsi və Avropa qanunlarının şəkildə kobud pozulması deməkdir. Bildirilib ki, keçən əsrin əvvəllərində baş verən bu və ya digər hadisələrin araşdırılması siyasətçilərin deyil, alimlərin və məhkəmələrin səlahiyyətində olmalıdır. “Soyqırımı” anlayışının yalnız 1945-ci ildən sonra yarandığını xatırladan aksiya iştirakçıları hüquqi nöqteyi-nəzərdən bu anlayışın əvvəlki illərdə baş verən hadisələrə şamil oluna bilmədiyini qeyd ediblər. Bu məsələyə ikili siyasi yanaşmanın olduğunu bildirən aksiya iştirakçıları Avropa İnsan Haqları Məhkəməsinin və Fransa məhkəməsinin məsələ ilə bağlı son qərarını da xatırladıblar.

Sonda iştirakçılar Riksdaqa müraciət təqdim ediblər.

Qeyd edək ki, aksiya yerinə gələn erməni diasporunun nümayəndələri tədbirin gedişinə mane olmağa çalışsalar da, təhlükəsizlik orqanları bunun qarşısını alıblar.

Son xəbərlər

Orphus sistemi