Təhsil naziri Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkunu qəbul edib

Təhsil naziri Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkunu qəbul edib Görüşdə Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri əsasında təhsil sahəsinin inkişafı haqqında danışılıb
Xarici siyasət
4 Oktyabr , 2016 10:27
Təhsil naziri Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkunu qəbul edib

Bakı. 4 oktyabr. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkunu diplomatik fəaliyyətinin başa çatması münasibəti ilə qəbul edib.

Bu barədə “Report”a Təhsil Nazirliyindən məlumat verilib.

Görüşdə Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri əsasında təhsil sahəsinin inkişafı haqqında danışılıb. Nazir səfirin təhsil əlaqələrinin daha da genişləndirilməsində oynadığı rolu yüksək qiymətləndirib və səfirə öz təşəkkürünü bildirib.

Öz növbəsində Alper Coşkun Azərbaycandan xoş təəssüratlarla ayrıldığını qeyd edib, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ona göstərdiyi dəstəyə görə, nazir Mikayıl Cabbarova minnətdarlığını bildirib. 

Son xəbərlər

Orphus sistemi