​Tatarıstanın baş naziri Azərbaycanla birgə layihələr barədə danışıb

​Tatarıstanın baş naziri Azərbaycanla birgə layihələr barədə danışıb Azərbaycan şirkəti Kazanda zavod və logistika mərkəzi inşa edəcək
Xarici siyasət
1 Oktyabr , 2015 12:29
​Tatarıstanın baş naziri Azərbaycanla birgə layihələr barədə danışıb

Bakı. 1 oktyabr. REPORT.AZ/ "Azərbaycanın ənənəvi olaraq Tatarıstanla sıx ticari-iqtisadi və humanitar əlaqələri mövcuddur".

"Report" xəbər verir ki, bu barədə Yekaterinburqda VI Azərbaycan-Rusiya regionlararası forumunda çıxış edən Tatarıstanın baş naziri İldar Xalikov bildirib.

"Buna 1992-ci ildən Azərbaycanda fəaliyyət göstərən Tatarıstan respublikasının daimi nümayəndəliyinin olması öz töhfəsini verir. KAMAZ, Kazan vertolyot zavodu və "Nijnekamskneftexim" kimi şirkətlər Azərbaycanın uzunmüddətli tərəfdaşlarıdır", - hökumət başçısı bildirib.

Onun sözlərinə görə, Tatarıstan hazırda Azərbaycanla bir sıra birgə layihələri həyata keçirir.

"Sevindirici haldır ki, biz farmaseptika sahəsində əməkdaşlıq edirik. Hazırda Azərbaycan Səhiyyə nazirliyi Tatarıstanda istehsal olunan 33 adda dərman preparatını qeydə alıb", - İ.Xalikov bildirib.

"Təxminən bir həftədən sonra, oktyabrın 7-də Azərbaycanın ən iri təbii şirə istehsal edən şirkəti Kazanda zavod və logistika mərkəzinin inşasına başlayacaq", - o deyib. 

Son xəbərlər

Orphus sistemi