Yuxarı

Tatarıstan başçısı: "Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensial var" - EKSKLÜZİV

​Tatarıstan başçısı: "Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək üçün b

"Tarixən millətlərimiz çox yaxın olub. Əcdadlarımızın ənənələrini davam etdiririk".

Bunu "Report"un Rusiya bürosuna Tatarstan Respublikasının başçısı Rüstəm Minnixanov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda deyib.

"Tez-tez Azərbaycanda oluram, ölkənin necə dəyişdiyini görürəm. Bu yaxınlarda Bakıda Avropa Liqasının finalında olmuşam. Gözəl şəhər, qonaqpərvər insanlar, dadlı yeməklər", - R.Minnikhanov bildirib.

Onun sözlərinə görə, respublikalar arasında çox sıx, dostluq əlaqələri yaranıb: "Biz çox ünsiyyət qururuq, bir-birimizdən çox şey öyrənirik. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana tərəqqi arzulayıram. Onun ölkəsi üçün etdikləri hörmətəlayiqdir. Gələcək əməkdaşlıq üçün böyük potensial var və əlbəttə, əlaqələri genişləndirməyə davam edəcəyik".

İqbal Rüstəmov

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi